ABŞ donanmasını Suriyada saxlayır – Rusiyaya cavab...

ABŞ-ın "Harri Trumen" təyyarədaşıyan gəmisi Rusiyanın qarşısını almaq üçün Aralıq dənizində qala bilər.

Axar.az xəbər verir ki, bu barədə "Defans Nyus" gizli mənbəyə istinadla xəbər yayıb.

Nəşr bildirib ki, ABŞ rəhbərliyi hələlik məsələ ilə bağlı yekun qərarını verməsə də, təyyarədaşıyan gəminin vəzifəsinə davam etməsi Rusiyanın bölgədəki hərəkətlərinə cavab verə bilər və yeni Milli Təhlükəsizlik Strategiyasına uyğun olacaq. "Harri Trumen"in Aralıq dənizində qalması həm də Suriya Prezidenti Bəşər Əsədə ABŞ Prezidenti Donald Trampın dinc sakinlərə qarşı kimyəvi silah tətbiqinin yeni hücumlara gətirib çıxara biləcəyi sözlərini xatırladacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31