11 yaşlı qızı toydan qaçırıb zorladı, öldürdü - Hindistanda
21 Aprel 2018 14:13 DünyaHindistanda valideynləri ilə yollandığı toydan aldadaraq aparılan 11 yaşlı qız təcavüzə məruz qalandan sonra qətlə yetirilib.
Milli.Az Times of İndia-ya istinadən bildirir ki, olay Çhattisqarhdakı Kabirdhemdə yaşanıb. Toyda bəyin dostu, 24 yaşlı Uttam Sahu 11 yaşlı qızı aldaraq kəndin kənarındakı çay sahilinə aparıb. Orada qızı zorlayan Sahu qurbanını boğub, sonra da başını beton parçası ilə əzərək öldürüb.
Sonra heç nə olmamış kimi toya qayıdan Sahu əylənib, rəqs edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31