Natali Portman İsrailin nüfuzlu mükafatından imtina edib

Məşhur İsrail əsilli Hollivud aktrisası Natali Portman bu ölkənin nüfuzlu "Genesis Prize" mükafatından imtina edib. Məlumata görə, buna İsraildə baş verən son hadisələr səbəb olub.

Kino ulduzunun nümayəndəsi bildirib ki, İsraildəki son hadisələr aktrisa üçün çox həyəcanlı görünüb və o, bu ölkədə baş verən hər hansı ictimai tədbirdə iştirak etməyi münasib hesab etmir. Beləliklə, Natali Portman bir milyonluq mükafatdan imtina edib, iyunun 28-ə planlaşdırılan təqdimat mərasimi isə ləğv edilib.

"Yəhudi Nobel" mükafatı kimi də tanınan "Genesis Prize" ("İrs mükafatı") 2012-ci ildə təsis edilib. Mükafat İsrail baş nazirinin dəftərxanası, "Genesis" fondu və Soxnut" yəhudi agentliyi tərəfindən təsis olunub. Mükafata layiq görülən ilk şəxs Nyu-Yorkun sabiq meri Maykl Blumberq olub. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31