Ermənistanda həbs edilən aksiya iştirakçılarının sayı 200-ə çatır

Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Mərkəzi hakimiyyət ötən həftədən başlayan kütləvi etiraz dalğasının qarşısını almaq və aksiyanın təşkilatçılarını zərərisləşdirmək məqsədilə paytax İrəvanda aprelin 19-dan etibarən kütləvi həbslərə start verib. Ermənistan Poisi İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Aşot Aqaronyan bildirib ki, son iki gündə ölkədə sabitliyi pozmaq və xalqı kütləvi itaətsizliyə çağırdığına görə, 166 nəfər həbs edilib. Aşot Aqaronyan aksiya təşkilatçılarının həbsinin yaxın iki gün ərzində də davam edəcəyini istisna etməyib.

Qeyd edək ki, aprelin 19-dan başlanan həbslər etirazçıların nəinki gözünü qorxudub, əksinə onları daha mübariz edib. Belə ki, həftə sonu paytaxtda keçirilən aksiyaların davamı olaraq təşkilatçılar İrəvanın mərkəzi küçə və prospektlərini, eləcə də metro stansiyalarını ələ keçirməyi hədəfləyiblər. Elə bu səbəbdən mərkəzi hakimiyyət yenidən İrəvana əlavə texnika və canlı qüvvə cəlb edib. Məlumata görə, hətta işğal altında olan Azərbaycan ərazilərindəki hərbi birləşmələrdən də bir qrup etiraz dalğasını yatırmaq üçün Ermənistan paytaxtına yeridilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31