Pentaqondan S-400 açıqlaması: Qərarı Ankara verəcək

S-400 raket sisteminin NATO-ya uyğun olmaması barədə Türkiyə ilə danışıqlar aparırıq. Bu sözləri Pentaqon sözçüsü Dana Vayt Türkiyəyə sanksiya tətbiq olunması iddiaları ilə bağlı ona ünvanlanmış suala cavab olaraq deyib. “Amma son nəticədə türklər öz strateji maraqlarına uyğun qərar verəcəklər. Yəni bu prosesin sonunu rəsmi Ankara müəyyən edəcək”, - Vayt bildirib.

S-400 raket sisteminin NATO-ya uyğun olmaması barədə Türkiyə ilə danışıqlar aparırıq. Bu sözləri Pentaqon sözçüsü Dana Vayt Türkiyəyə sanksiya tətbiq olunması iddiaları ilə bağlı ona ünvanlanmış suala cavab olaraq deyib. "Amma son nəticədə türklər öz strateji maraqlarına uyğun qərar verəcəklər. Yəni bu prosesin sonunu rəsmi Ankara müəyyən edəcək", - Vayt bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Katibliyinin sözçüsü Vess Mitçel Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri alacağı təqdirdə Ankaraya sanksiya tətbiq ediləcəyini bildirib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31