Ermənistanda etiraz aksiyalarında iştirak edən 83 nəfər tutuldu - YENİLƏNİB
Ermənistan polisi Yerevanda etirazçıların daha bir qrupunu saxlayıb. Məlumata görə, bu dəfə 37 etirazçı saxlanılıb. Saxlanılanlar arasında etiraz aksiyalarının təşkilatçılarından olan David Sanasaryan da var ki, o, Respublika meydanında hərəkətin qarşısını almağa cəhd göstərib. Hazırda etirazlar Gülbekyan küçəsində davam edir.
20 Aprel 2018 14:05 DünyaBu gün Ermənistanda hüquq-mühafizə orqanları etiraz aksiyalarında iştirak edən 83 nəfəri saxlayıb. Bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan bildirib. Etiraz aksiyalarının təşkilatçısı, parlamentin üzvü Nikol Paşinyan isə yolların yük maşınları ilə mühasirəyə alındığını açıqlayıb. O bildirib ki, plan baş tutarsa, "məxməri inqilab" bir neçə günə başa çatacaq.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.
Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir. Apa.az
***
Ermənistan polisi Yerevanda etirazçıların daha bir qrupunu saxlayıb. Məlumata görə, bu dəfə 37 etirazçı saxlanılıb. Saxlanılanlar arasında etiraz aksiyalarının təşkilatçılarından olan David Sanasaryan da var ki, o, Respublika meydanında hərəkətin qarşısını almağa cəhd göstərib. Hazırda etirazlar Gülbekyan küçəsində davam edir.
Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var. Bu günə qədər 123 etirazçı saxlanılıb. Trend.az