Berlində təcili təxliyə başladı – Nəhəng bomba

Almaniyanın paytaxtı Berlin şəhərində II Dünya müharibəsindən qalma yarım tonluq bomba tapılıb.

Almaniyanın paytaxtı Berlin şəhərində II Dünya müharibəsindən qalma yarım tonluq bomba tapılıb.

Şəhərin mərkəzi hissəsində yerləşən dəmiryolu stansiyası yaxınlığında tapılan bombanın təhlükəsiz şəraitdə partladılması üçün səhər saatlarından etibarən ətrafdakı binaların təxliyəsinə başlanılıb.

Təxliyə nəzərdə tutulan ərazidə nazirlik, xüsusi xidmət orqanları idarəsi, xəstəxana, muzey binaları ilə yanaşı, Özbəkistan və İndoneziya səfirlikləri də yerləşir. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31