Ərdoğan və Baxçalı növbədənkənar seçkiləri müzakirə edəcəklər
18 Aprel 2018 11:07 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli bu gün görüş keçirəcəklər.
Görüşdə MHP liderinin ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təklifi müzakirə olunacaq.
R.T.Ərdoğanla D.Bahçelinin görüşünün Ankarada Prezident iqamətgahında keçiriləcəyi bildirilir.
Xatırladaq ki, ötən gün D.Bahçeli Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib. O vurğulayıb ki, regiondakı siyasi vəziyyəti nəzərə alaraq Türkiyədə seçkilərin keçirilməsini gecikdirmək olmaz.
Qeyd edək ki, 2019-cu ildə Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31