Güzgünün yaranma tarixi
Qədim zamanlarda güzgünü üstü möhkəm sürtülmüş, metaldan hazırlayırdılar. Heç kəs güzgünün neçənci ildə yarandığını deyə bilməz. İlk dəfə güzgü, qədim Yunanıstanda sonra Misirdə və Romada yaranıb. Uşaq ilk dəfə öz əksini görəndə necə təəccüblənirsə insanlar da güzgünü ilk dəfə görəndə o cür təəccüblənirdilər.
17 Aprel 2018 17:48 DünyaQədim zamanlarda güzgünü üstü möhkəm sürtülmüş, metaldan hazırlayırdılar. Heç kəs güzgünün neçənci ildə yarandığını deyə bilməz. İlk dəfə güzgü, qədim Yunanıstanda sonra Misirdə və Romada yaranıb. Uşaq ilk dəfə öz əksini görəndə necə təəccüblənirsə insanlar da güzgünü ilk dəfə görəndə o cür təəccüblənirdilər. Hətta güzgüdə əkslərini gördükləri zaman bunu ruh yaxud da möcüzə hesab edirdilər. Hal-hazırda güzgünün üstünü şüşədən altını isə metaldan hazırlayırlar. Müasir dövrümüzdə istifadə etdiyimiz şüşə güzgülər isə venesiyalıların kəşfi olub.