Dünyanın ilk telefonu
Hazırda mobil telefonlar həyatın bir çox sahələrində istifadə olunur və artıq əlaqə saxlamaq funksiyası ilə bərabər SMS vasitəsilə nəqliyyat bileti almaq, seçkilərdə səs vermək və s. üçün də istifadə olunur.
17 Aprel 2018 17:47 DünyaHazırda mobil telefonlar həyatın bir çox sahələrində istifadə olunur və artıq əlaqə saxlamaq funksiyası ilə bərabər SMS vasitəsilə nəqliyyat bileti almaq, seçkilərdə səs vermək və s. üçün də istifadə olunur.
2009-cu ilin sonuna olan məlumata görə dünyada ümumi olaraq 6 milyard telefon istifadəçisi var. Bunlardan 1,26 milyardı standart ev telefonu istifadəçiləri, 4.6 milyard isə mobil telefon istifadəçiləridir.
İlk mobil telefon 1973-cü ildə Motorolo komandasının meneceri Martin Koper tərəfindən yaradılıb. Satış məqsədi ilə ilk protativ telefon 1983-cü ildə Martın 6-da istehsal olunmuşdur. Həmin gün motorola şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram idi. Bu telefonların satış qiyməti 3995 dollar olsada minlərləamerikalı onu almaq üçün növbəyə yazılırdı. Motorolanın bu ilk modeli danışmadan 8 saat telefonla danışdıqda isə 30 dəqiqə enerji saxlayırdı. Yaddaşında 30 nömrə saxlamaq mümkün idi. Abonə haqqı isə aylıq 50 dollar idi. Uzun-uzadı təkmilləşdirilmələrdən sonra mobil telefona saat təqvim və qrafik displey əlavə olundu. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar meydana gəldi.