Dünyanın ən qeyri – adi otelləri
Bəzi otellerdə qala bilmək üçün tətilini sırf həmin otelə görə uyğunlaşdıran insanlar var. Həmin otellerdən bir neçəsi ilə tanış olaq:
9 Aprel 2018 18:35 DünyaBəzi otellerdə qala bilmək üçün tətilini sırf həmin otelə görə uyğunlaşdıran insanlar var. Həmin otellerdən bir neçəsi ilə tanış olaq:
1. Kakslauttanen İgloo West Village

Finlandiyanın şimalında yerləşən bu otel, otaqları ilə maraq doğurur. Beləki otelin otaqları Eskimo evləri şəklində dizayn edilib. Otaqların tavan şüşşəsi hesabına uzanaraq, çöldə yağan qarı seyr edə bilərsiniz. Hətta şimal maralı icarəyə götürərək, bu qarlar ölkəsini gəzə bilmək imkanınız var.
2. Giraffe Manor

Keniyada yerləşən bu oteli digərlərindən fərqləndirən əsas xüsusiyyət, zürafələrdir. Otelin yerləşdiyi sahədə əhliləşdirilimiş zürafələr sərbəst şəkildə gəzirlər. Onları qidalandıra bilər, hətta eyni yerdə yemək yeyə bilərsiniz.
3. Aescher Cliff Guesthouse

Bu otel İsveçrənin ən yüksək dağlarından birinin yamacında yerləşir. Möhtəşəm mənzərəsi bir çox insanı özünə cəlb edir. Lakin otel hər şeydən uzaqda yerləşdiyi üçün, təhlükəsizlik məqsədi ilə gecə orada qalmağa icazə verilmir.
4. Attrap Reves

Bu otel, çadırda yaşamağı sevənlər üçün dizayn edilib. Fransada bir meşə ərazisində qurulan bu otel təbiət sevərlər üçün idealdır. Otaqlar meçənin içində, göl kənarında və dağların təpələrində yerləşdirilib. Çadırlar şəffaf şar şəklində olmasına rəğmən, vəhşi heyvanlar səbəbi ilə təhlükəsiz formada yaradılıb.
5. Sala Silvermine

Bu otel İsveçdə yerləşir. Əvəllər gümüş mədəni olaraq istifadə edilən yer indi otel olaraq işlədilir. Otelə girmək üçün yerin altına düşən nərdivanlar yaxud da liftlərdən istifadə edilir. 155 metr dərinlikdə olan otel, dünyanın ən dərin oteli hesab edilir. Böyük təlabat olan bu oteldə qala bilmək üçün bir neçə ay əvvəldən, rezervasiya etməlisiniz.
6. Glace Ice

Soyuq sevərlər üçün Kanadada yerləşən bu oteldə demək olarki hər şey buzdan düzəldilib. Qapılar, çarpayılar, masalar hətda boşqab və stəkanlar belə.
7. Magic Mountain

Qıf formasında olan bu sirli otel, Çilinin balta girməyən meşələrində yerləşir. Otelin üstü bitgilərlə örtülü olsada, içi tamailə taxtadan düzəldilib. Nağıla bənzər tətil etmək istəyənlər üçün ideal oteldir.
8. Skylodge

Bu otel isə macərasevərlərin otelidir. Dağların yamaclarında yerləşdirilən otaqlarda qalmaq cəsarət tələb edir. Bu səsəbdəndə otelin sadəcə 3 otağı var və olduqca komfortludur.
9. Karosta Həbisxana oteli

Həbsxanada qalmağın necə hiss olduğunu bilmək istəyənlər üçün hazırlanan bu otel, Litvada yerləşir. Burada qalmaq istəyənlər zindanlara aparılaraq kilitlənir. Sadəcə bir gecə qala biləcəyiniz otelə girən zaman müqavilə imzalanır. Bununla da fiziki şiddət və edilən təhqirlərə dözməli olursunuz.
10. Poseidon Undersea

Bu otel sakit okeanda yerləşən Fici adasındadır və suyun altında yerləşir. Burada istənilən vaxt otelin divarlarından suyun altını izləyə bilirsiniz.