Polis XƏBƏRDARLIQ ETDİ: "Güc tətbiq oluna bilər"

ABŞ polisi Berkli şəhərində Kaliforniya Universitetinin qarşısında etiraz aksiyasını dağıtmaq üçün güc tətbiq etməyə hazır olması barədə xəbərdarlıq edib. Tələbələrin etirazına "Breitbart News" internet resursunun redaktoru Maylo Yannopulosun planlaşdırılan mühazirəsi səbəb olub.

Bundan əvvəl "Breitbart News"a rəhbərlik edən ABŞ prezidenti Donald Trampın müşaviri Stiven Bennon bildirib ki, bir çox nümayişçilər respublikaçı prezidentin əleyhinə çıxış ediblər.

Ərazini əhatəyə alan polislər qarışıqlığı aradan qaldırmaq üçün dəyənək və kimyəvi vasitədən istifadə edə biləcəyi barədə xəbərdarlıq ediblər.

CNN telekanalı bir neçə evin pəncərələrini sındıran yüzlərlə etirazçının küçələrdən birini bağladığını bildirir.

"Reuters"in məlumatına görə, M.Yannopulos Berklidəki çıxışını ləğv edib. O, kampusdan təxliyə edilib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31