Çində faciə: 3 yaşayış binası birdən çökdü

Çinin şərqində yerləşən Çjetzyan əyalətinin Vençjou şəhərində 3 beşmərtəbəli yaşayış binası uçub.

Dağıntılar altında çox sayda insanın qala biləcəyi ehtimal edilir.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Binaların uçma səbəbləri barədə hələ ki, məlumat verilmir.

APA-nın TASS agentliyinə istinadən verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31