Mahaçqalada naməlum şəxslər 2 polis əməkdaşını güllələyiblər (YENİLƏNİB)

Mahaçqalada naməlum şəxslər tərəfindən yaralanan iki polis dünyasını dəyişib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu DİN-in nümayəndəsi deyib.

Hücum edənlərin axtarışı davam edir.

X X X

04:32

Mahaçqalada naməlum şəxslər polis əməkdaşlarına atəş açıblar.

Trend-in İnterfaks-a istinadən verdiyi xəbərə görə, atəş nəticəsində iki polis əməkdaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırılma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31