91 nəfərin olduğu təyyarə qəzaya uğradı - Göyərtədə musiqiçilər və 9 jurnalist var
25 Dekabr 2016 11:12 Dünya10:35
İtkin düşən TU-154 təyyarəsi Qara dənizə düşüb.
Trend-in verdiyi məlumata görə, sahildən 1,5 km aralıda təyyarənin hissələri tapılıb.
---------
10:15
Rusiyanın müdafiə nazirliyinə məxsus təyyarə Krasnodar vilayətinin dağlıq hissəsində qəzaya uğrayıb.
Trend-in verdiyi məlumata görə, bunu güc strukturların nümayəndəsi ilkin məlumat olaraq deyib.
---------
09:46
Rusiya Müdafiə Nazirliyi radardan itən təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçilərinin və jurnalistlər olduğunu təsdiqləyib.
APA-nın verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi "Tu-154" təyyarəsinin göyərtəsində hərbçilər, Aleksandrov adına ansamblın musiqiçiləri və 9 jurnalist olub.
Musiqiçilər Suriyanın Xmeymim aerodromunda Yeni il bayramı münasibəti ilə konsert proqramı ilə çıxış etməyi planlaşdırıbmış.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan hava qalxdıqdan qısa müddət sonra radardan itib. Təyyarədə 83 sərnişin və 8 heyət üzvü olub.
----------
09:13
Rusiyanın müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsi radarlardan itib.
Trend-in verdiyi məlumata görə, təyyarənin göyərtəsində 70-ə yaxın adam olub.
Bildirilir ki, təyyarə Rusiyanın Soçi şəhərindən Suriyaya yola düşmüşdü.