Tatlıtuğ və ailəsi məhkəmədə
25 Dekabr 2016 08:44 DünyaTürkiyəli aktyor Kıvanç Tatlıtuğ və ailəsi 9 ay əvvəl haqlarında "Amerikadakı Burç təriqətinin sahibi Ahmet Hulusinin müritləri" yazısını yazan Soner Yalçını məhkəməyə vermişdi.
Milli.Az bildirir ki, məhkəmə prosesi başa çatıb.
Ailənin vəkili "Onların heç bir dini təriqətlə əlaqəsi yoxdur" deyərək, qarşı tərəfin aktyor üçün 30 min lirə (təxminən 15 min manat), ailəsi üçün isə 20 min lirə (təxminən 10 min manat) ödəməsini tələb edib.
Ötən gün başa çatan məhkəmə prosesində Soner Yalçın 15 min lirə (təxminən 7 min manat) təzminət ödəməyə məhkum edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31