Rusiya bu raketlərlə vurulacaq – RAZILAŞMA

Varşava və Vaşinqton JASSM-ER "hava-yer" sinfindən olan qanadlı raketlərin Polşaya çatdırılması haqqında razılaşmanı imzalayıb.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Polşanın Müdafiə Nazirliyindən bildirilib.

Müqavilənin dəyəri 230 milyon dollar təşkil edir.

Daha əvvəl yayılan məlumata görə, ABŞ Dövlət Departamenti F-16 təyyarələrinin təchizatı üçün JASSM-ER qanadlı raketlərin Polşaya çatdırılmasını bəyənib. ABŞ-ın Təhlükəsizlik və müdafiə əməkdaşlığı üzrə Agentliyi bildirib ki, söhbət 70 JASSM-ER raketinin çatdırılmasından gedir. Ancaq qeyri-rəsmi informasiyaya görə, Polşa yalnız 40 raket almaq niyyətindədir.

Cari ilin aprelində Rusiya Silahlı qüvvələrinin Baş qərargahının baş operativ idarəsinin rəhbəri general-leytenant Andrey Kartapolov bildirib ki, ABŞ Şərqi Avropa regionundakı müttəfiqlərini JASSM-ER uzunmənzilli aviasiya qanadlı raketləri ilə təchiz etməyi planlaşdırır. Bu raketlər Rusiya ərazisinin 1,3 min kilometr dərinlikdəki obyektləri vurmağa icazə verəcək. Rusiyalı generalın sözlərinə görə, 2008-ci ildən başlayaraq Polşa, Rumıniya, Bolqarıstan və Baltikyanı ölkələrin ərazisindəki bir sıra hərbi obyektlərin NATO standartlarına gətirilməsi üçün tədbirlər görülür.

Ömər Dağlı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31