Ərdoğan: “Buna əsla icazə verməyəcəyik”
24 Dekabr 2016 17:30 DünyaTürkiyə Suriyanın şimalında yeni dövlətin yaradılmasına icazə verməyəcək.
Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan deyib.
Daha əvvəl isə Türkiyənin baş naziri Binəli Yıldırım qonşu Suriyada yeni dövlətlərin formalaşmasına yol verilməyəcəyini bildirib.
Onun sözlərinə görə, Suriyanın şimalında yeni dövlətlərin yaranması Ankaranın maraqlarına ziyan vurur, həmçinin ölkənin təhlükəsizliyinə təhdiddir. B.Yıldırım bildirib ki, Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadı "azadlıq hərəkatı" şüarı altında fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31