Kanalizasiya borusundan qız meyiti tapıldı - CİNAYƏT

Moskvada dəhşətli cinayətin üstü açılıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, kanalizasiya borusundan qız cəsədi tapılıb. "Qızın cəsədi yaşadığı evin yanındakı kanalizasiya borusundan tapılıb" deyə agentlik bildirib. Onun üzərində bıçaq yaraları olub.

Qızın qətlində şübhəli bilinən 3 nəfər saxlanılıb.

Qətllə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31