İsraildən əks-həmlə: İki səfiri geri çağırdı
24 Dekabr 2016 09:28 Dünyaİsraildən əks-həmlə: İki səfiri geri çağırdı
İsrail cümə günü yəhudi dövlətinin məskunlaşma fəaliyyəti ilə bağlı qətnaməni BMT Təhlükəsizlik Şurasında irəli sürən Seneqal və Yeni Zelandiyadan səfirlərini geri çağırır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun Dəftərxanasının məlumatında bildirilir.
"Baş nazir məşvərət keçirmək üçün Seneqal və Yeni Zelandiyadakı səfirlərini təcili surətdə İsrailə çağırıb", - deyə sənəddə bildirilir.
"Baş nazir üç həftədən sonra Seneqalın Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə nəzərdə tutulan görüşün ləğv olunması barədə göstəriş verib, həmçinin XİN-ə Seneqala dair bütün yardım proqramlarını ləğv etmək təlimatı verib", - deyə Dəftərxanadan bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31