Aktrisadan QALMAQALLI AÇIQLAMA: "Çox peşmanam"

Bir cütlüyün ayrılığından bəhs edən, komediya janrında ekranlaşdırılan "Dönsə Senindir" filminin baş rol ifaçıları Murat Boz, Yasemin Allen və İrem Sak, ayrılıqlar və sevgi acısı haqqında maraqlı açıqlamalar ediblər.

Bir cütlüyün ayrılığından bəhs edən, komediya janrında ekranlaşdırılan "Dönsə Senindir" filminin baş rol ifaçıları Murat Boz, Yasemin Allen və İrem Sak, ayrılıqlar və sevgi acısı haqqında maraqlı açıqlamalar ediblər. Bu gündən etibarən yayımına başlanılan filmin məşhur simalarına ünvanlanan "Ayrılıq sonrası mahnı siyahısı olur. Sizin heç belə bir siyahınız oldumu?" sualını cavablandırıblar.

Murat Boz: "Ayrılıq vaxtlarımda heç Sezen Aksu dinləmədim. O, mənim də musiqi dünyamın bir parçasıdır, amma ayrılıq müddətində onun mahnıları çox yaxşı təsir bağışlamır. Tövsiyə edirəm ki, ayrıldıqda hərəkətli mahnılar dinləyin, özünüzü idmana yönəldin. Prosesi atladıqdan sonra Sezen Aksunu dinləməyə davam edə bilərsiniz. Ayrılıq mövzusunda mahnılar çox əhəmiyyətlidir. Bəstəkar o mahnını sənə yazmış kimi gəlir. "O ağrını yaşayan yalnız sən deyilsən" hissi çox əhəmiyyətlidir. Bu, insana ümid verir".

İrem Sak: "Nə dinlədiyinə diqqət yetirməlisən. Yoxsa özünü onun qapısında tapa bilərsən. Bir dəfə dayandım, indi çox peşmanam".

Yasemin Allen isə eşq acısı çəkərkən rok musiqi dinlədiyini söyləyib. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31