Ukrayna pravoslav kilsəsi Moskva patriarxlığından ayrılmaq istəyir
16 İyun 2016 16:07 DünyaUkrayna Ali Radası Konstantinopol arxiyepiskopu, patriarx Varfolomeyə müraciət edərək ondan Ukrayna pravoslav kilsəsinin müstəqilliyi barədə qərar qəbul etməsini istəyib.
APA-nın "lenta.ru" ya istinadən verdiyi xəbərə görə, müraciətdə 1686-cı ildə qaydalara zidd şəkildə Kiyev kilsəsinin Moskva patriarxlığına bağlandığı bildirilir: "2014-cü il hadisələrindən sonra Ukrayna artıq Rusiyanın nə siyasi, nə də dini müstəmləkəsi olacaq ".
Parlamentarlar hesab edir ki, Ukrayna pravoslav kilsəsi artıq müstəqil kilsə kimi fəaliyyətə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00