İranda 12 terrorçu məhv edilib
16 İyun 2016 13:29 Dünyaİranın Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə bölgəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələri ilə PJAK terrorçuları arasında atışma baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, döyüşdə 12 terrorçu məhv edilib, SEPAH-ın 3 hərbçisi həlak olub.
SEPAH-ın açıqlamasında deyilir ki, terrorçu qruplaşma üzvləri ölkə daxilində təxribat törətmək məqsədilə Üşnəviyyə bölgəsindən sərhədi keçmək istəyərkən zərərsizləşdirilib. Öldürülən terrorçuların PKK terror təşkilatının İran qolu olan PJAK-ın üzvləri olduğu bildirilir.
PJAK uzun illərdir ki, İranın şimal-qərb sərhədlərində zaman-zaman terror aktları törədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00