Roma papası Ermənistana səfər edəcək
14 İyun 2016 18:36 DünyaRoma papası Fransisk iyunun 24-də Ermənistana səfər edəcək. "RİA Novosti" agentliyinin verdiyi xəbərə görə, səfər çərçivəsində Roma papası Ermənistan prezidenti Serj Sarkisyan və digər rəsmi şəxslərlə, habelə diplomatik korpus nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Papa bütün ermənilərin katolikosu II Qareginlə də görüşəcək.
Səfər proqramında "erməni soyqırımı qurbanları"nın xatirə kompleksinə ziyarət də var.
II Qaregin və papanın birgə bəyannamə imzalayacağı gözlənilir.
Səfər iyunun 26-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00