Türkiyəli məşhurdan təqdirəlaiq addım
14 İyun 2016 18:31 DünyaMəşhur sənətçi Hülya Avşar yeni məktəb tikdirəcək.
Qafqazinfo bildirir ki, müğənni-aktrisa ölən atasıCəlal Avşarın adını daşıyan məktəbin məzun günü ilə bağlı İnstagram-da paylaşım edib.
Avşar məktəbin fotosunu paylaşaraq yeni bir məktəb tikdirəcəyini söyləyib:
"Hər şeyi bir kənara qoyaq. Ən böyük qürur odur ki, məktəb tikdirəsən və məzun olan şagirdlərlə rastlaşasan. Mərhum atamın adını daşıyan məktəbin 1680-ci məzunlarını yola salırıq. Bütün müəllimlərimizi və şagirdlərimizi təbrik edirəm. Onu da deyim ki, yeni bir məktəb tikdirmək barədə düşünürəm. Bir neçə gün sonra bununla bağlı işlər görməyə başlayacağıq".
Xatırladaq ki, H.Avşar "Muhteşem yüzyıl - Kösem" serialında Safiye sultan obrazını canlandırıb, 29-cu bölümdə ssenari gərəyi ölərək layihədən uzaqlaşıb.