“Uber” Braziliyada vertolyot taksiləri xəttə buraxır

"Uber" taksi sifarişi xidməti Braziliyada sərnişinlərin vertolyotlarla daşınması layihəsini reallaşdırmağa başlayır.

İKT.lent.az-ın "Folha de Sao Paolo" nəşrinə istinadən məlumatına görə, müştərilərə mobil cihazlarındakı əlavənin vasitəsilə vertolyot sifariş etmək təklif olunur.

Ancaq bu növ taksi müştərini yalnız San-Paulu şəhərinin vertolyotun enişinə icazə verilmiş doqquz nöqtəsində götürə və endirə biləcək.

Adıçəkilən xidmətdən müştərilər hər gün səhər saat 7-dən axşam saat 8-ə qədər istifadə edə biləcəklər.

"Uber" şirkətində isə dəqiqləşdiriblər ki, vertolyotda gedişin qiyməti standart taksidə gediş haqqından təxminən 4 dəfə bahadır. Ancaq bununla belə, vertolyot sərnişini adi taksidən 4 dəfə daha tez çatdırır.

Bundan öncə isə "Uber" Qazaxıstan bazarına çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00