“iPhone”ların satışı son 9 ildə ilk dəfə aşağı düşüb

Bu il "Apple" smartfonunun tədarükü 2007-ci ilin minimum səviyyəsinə çatacaq. 

İKT.lent.az-ın "svopi.ru" saytına istinadən məlumatına görə, belə bir qiymətləndirməni bütün "iPhone"larжn 70 faizini istehsal edən "Foxconn Technology Group" şirkəti açıqlayıb. 

"Foxconn Technology Group" şirkətinin rəhbəri Terri Qounun sözlərinə görə, "Apple" smartfonlarına olan tələbat 2017-ci ilin əvvəlinə qədər aşağı olacaq. Proqnozlara görə, 2016-cı ildə 220 milyon ədəd "iPhone" realizə olunacaq ki, bu da ötən ilki göstəricidən 8,6 faiz azdır.

Əgər proqnozlar baş tutarsa, bu, 20007-ci ildən bu yana "alma" şirkəti üçün ən mənfi göstərici olacaq.

"iPhone"un satışları bu ilin əvvəlindən başlayaraq düşməyə başlayıb. Baxmayaraq ki, bu ilin mart və may aylarında "Apple" cihazlarına tələbatın artımı qeydə alınıb. 

Yanvar ayında "Apple" nümayəndələri istehsal etdikləri texnikanın satışlarının azalmasında son 13 il ərzində ilk düşməni qeydə alıblar. Bu ilin ikinci rübündə "iPhone"un satışları 16 faiz azalaraq 51,19 milyon ədəd mobil cihaza düşüb. Bir il öncə şirkət tərəfindən 61,17 milyon ədəd smartfonun satışı həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00