Ailənin 11 üzvünü öldürdü - 9 il sonra intiqamını aldı

Meksikada intiqam məqsədi ilə bir ailənin 11 üzvü öldürülüb.

Qafqazinfo bildirir ki, qətlə yetirilən ailə üzvlərindən birinə 9 il əvvəl təcavüz edən kişi polisə şikayət edəcəyi təqdirdə qadını bütün ailəsini öldürəcəyi ilə təhdid edir. Ailə təcavüzçüdən şikayətçi olduqda isə həmin şəxs həbs edilir. Həbsdən çıxdıqdan sonra intiqamını unutmayan kişi bir ailənin 11 üzvünü qətlə yetirir.

Qətl maskalı bir qrup şəxs tərəfindən törədilib. Qətliamda, sadəcə, bir nəfər sağ buraxılır ki, o isə 9 il əvvəl təcavüzdən doğulan uşaq olur. Öldürülənlər arasında iki uşaq və 8 aylıq hamilə qadın da olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00