Aktrisa ərinin qeyri-adi evlənmə təklifindən danışdı

Türkiyəli aktrisa Hazal Filiz Küçükköse "Elle" dərgisi üçün fotokamera qarşısına keçib. 

Türkiyə mətbuatı bildirir ki, aktrisa həyat yoldaşı Tuan Tuanalının ona evlilik təklifindən bəhs edib:

"Həyat yoldaşımla 2009-cu ildə tanış olduq. Mənim üçün etdiyi ən böyük sürpriz evlilik təklifi olub. Bir gün çəkilişdə olanda mənə zəng vurub dedi ki, evi su basıb. Tez əlimdəki işi yarımçıq qoyub evə qaçdım. Qapını əlində fırça ilə açdı. Evdə rəngarəng şamlar və gözəl tort var idi. "Qəbul edirsən?" - bdeyə soruşdu. "Nəyi?" deyəndə, cibindən üzük çıxartdı və: "Mənimlə evlənərsən?" - sualını verdi. Ağlaya-ağlaya "hə" dedim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00