ABŞ-da gey-kluba hücum edib 50 nəfəri öldürən Ömərin özü də “mavi” imiş...

ABŞ-ın Orlando ştatında gey-kluba hücum edib 50 nəfəri öldürən, onlarla adamı yaralayan əfqan əsilli Ömər Mətin özü də homoseksualist olub.

virtualaz.org xəbər verir ki, bu barədə The Daily Mail yazır.

Nəşrin yazdığına görə Ömərin gey olduğu haqda onun polis akademiyasından keçmiş tələbə yoldaşı, keçmiş arvadı və gey-klubun daimi müştərilərindən biri danışıb. Bildirilir ki, Ömər özünə partnyor tapmaq üçün Grindr və Jackchr("39")d ləqəblərindən istifadə edb. 2006-cı ildə isə o, eyni kursda oxuduğu tələbə yoldaşını görüşə çağırıb. Onlar bir neçə gey-bara baş çəkiblər, ancaq münasibətləri alınmayıb.

Ömərin birinci arvadı Sitara Yusifi isə deyib ki, o da keçmiş ərinin homoseksual  olduğundan şübhələnirdi. "Biz evlənəndə o, mənə öz keçmişi haqda danışırdı, gücə klublarını və gecə həyatını xoşladığını deyirdi. Mənim fikrimcə, o, həyatının həmin hissəsini danışmaq istəmirdi"-Sitara deyir. Sitaranın indi birgə yaşadığı kişi də təsdiq edir ki, o, keçmiş ərinin homoseksuallığa meylli olmasından danışırdı.

Ömərin hücum etdiyi Pulse barının daimi müştəriləri isə danışırlar ki, o, tez-tez kluba gələrdi, kişilərlə rəqs edərdi. Bir dəfə Ömər barın müştərilərindən birini din haqda zarafat etdiyinə görə bıçaqla hədələyib.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00