Ruslar Fransadan deportasiya edilirlər
14 İyun 2016 14:03 DünyaAvropa çempionatında yaşanan azarkeş qarşıdurmaları haqda təhlükəsizlik tədbirləri səngimək bilmir. Dünən Fransa polisinin rusiyalı azarkeşlərin qaldığı otellərdən birinə silahlı basqın etdiyini xəbər vermişdik.
Publika.az bildirir ki, rusiyalı azarkeşlər növbəti dəfə yerli xüsusi təyinatlıların nəzarətinə düşüblər.
Ümumrusiya Azarkeşlər Birliyinin (ÜAB) rəhbəri Aleksandr Şprıqinin "RİA-novosti"yə verdiyi açıqlamaya görə, bu gün səhər saatlarında avtobusda olan 50 azarkeş xüsusi nəzarətə götürülüb:
"Avtobus Kandan 5 dəqiqə idi çıxmışdı. Sabahkı Rusiya - Slovakiya oyunu üçün Lillə gedirdik. Bir də gördük ki, 100-ə yaxın əli silahlı xüsusi təyinatlılar avtobusu mühasirəyə aldılar. Bizi avtobusdan düşürdərək deportasiya olunduğumuzu bildirdilər. Səbəb göstərmədilər. Avtobusda 50 nəfər var idi. Heç birimiz Marseldə baş verən insidentdə iştirak etməmişik".