İraqda 75 terrorçu məhv edilib

Əl-Fəllucanın terrorçu İŞİD qruplaşmasından təmizlənməsi istiqamətində mayın 30-da başlayan irimiqyaslı əməliyyat davam edir.  İraqın Əl-Fəlluca şəhərinin azad edilməsində iştirak edən təhlükəsizlik qüvvələrinə hücum edən terrorçu İŞİD qruplaşmasının 75 silahlısı öldürülüb. "Report" TASS-a istinadən xəbər verir ki, bunu antiterror əməliyyatının komandanı Abdül Vahhav əs-Səid bildirib. "İŞİD qruplaşması bu gün təhlükəsizlik qüvvələrinə hücum etməyə cəhd göstərdi. Qruplaşmanın yüzə yaxın silahlısı Əl-Fəllucanın Ən-Nuaymiya rayonun cənubuna doğru hərəkət edib. Hərbi Hava Qüvvələrinin havadan dəstəyi nəticəsində 75 terrorçu zərərsizləşdirilib", - deyə komandan vurğulayıb.

Qeyd edək ki, Əl-Fəllucanın terrorçu İŞİD qruplaşmasından təmizlənməsi istiqamətində mayın 30-da başlayan irimiqyaslı əməliyyat davam edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00