Yeddi il evli olan cütlük bacı-qardaş olduğunu öyrəndi - İlginc olay
27 May 2016 18:39 DünyaBrazilyada yaşanan bu olay hər kəsi şok edir. Yeddi ildir evli olan Adriana anasını tapmaq üçün qatıldığı radio proqramında ərinin öz doğma qardaşı olduğunu öyrənir... Hazırda 39 yaşı olan Adriana bir yaşında anası tərəfindən uşaq evinə verilir. Əri Leandro isə səkkiz yaşına qədər anası ilə bir yerdə yaşayır, amma Adirana kimi anası onu da tərk edir və başqa bir ailəyə övladlığa verir.
Fərqli yerlərdən bir-birindən xəbərsiz böyüyüən bacı-qardaş illər sonra qarşılaşır və bir-birlərinə aşiq olurlar.
Həmin vaxt Adirana başqa kişi ilə evli olsa da, ərindən boşanıb Leandroyla evlənir. Atv.az bildirir ki, Adirana bir gün Globo radiosunda yayımlanan axtarış proqramında anasını axtardığını deyir, tək bildiyi şey isə anasının adının Maria olması olur. Beləliklə, məlum olur ki, Adirana və Leandro bacı-qardaşdır. Bu olaydan sonra cütlük "Bizi, sadəcə, ölüm ayırar" mesajını veriblər. "Bunlar bizim başımıza gəldi, yəqin ki, Allah belə istəmişdir. Əvvəlcədən bilsəydik, təbii ki, başqa cür olardı, amma indi bir övladımız da var, bir-birimizi sevirik".