ABŞ-da iqtisadi artım ötən ilin I rübündən etibarən ən pis nəticəni göstərib

Cari ilin I rübündə ABŞ-da ÜDM artımı proqnozlaşdırılandan daha çox azalıb.  İqtisadi təhlillər bürosunun açıqladığı rəqəmlərə əsasən, ÜDM artımı mövsümi volatiliyi nəzərə alaraq 0,8% təşkil edib. Qeyd edək ki, 2015-ci ilin IV rübündə bu göstərici 1,4% olub. ÜDM-in qiymət indeksi I rübdə proqnozlaşdırıldığı kimi 0,7% deyil, 0,6% təşkil edib. Ötən rübdə bu göstərici 0,9% olub. Beləliklə, ABŞ-da iqtisadi artım 2015-ci ilin I rübündən etibarən ən aşağı səviyyədə olub və konsensus-proqnoz özünü doğrultmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00