Tısbağalar üçün xüsusi tünel

Yaponiyada bir dəmir yolu şirkəti qarşıya keçmək istəyən tısbağaların təhlükəsizliyini təmin etmək üçün xətlərin altından xüsusi tunel hazırlayıb. 

ATV.az xəbər verir ki, tısbağaların bu ən böyük problemi Kobedəki Suma Aqua Hayat parkı ilə Qərbi Yaponiya Dəmir yolları şirkətinin anlaşması ilə həll edilib. Şirkət bildirib ki, xətlərdən keçmək istəyəndə tısbağaları qatar vururdu və ya onlar xətlətin arasında ilişərək qatarın gecikməsinə səbəb olurdular. Artıq tunel vasitəsi ilə hər iki tərəf öz işi ilə məşğul ola biləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00