Konsertdə tamaşaçılar ölümlə üz-üzə gəldilər

Müğənni Beyonsun konsertində böyük faciənin qarşısı alınıb. Xarici KİV-in məlumatına görə, ABŞ-ın Minneapolis şəhərində 35 min nəfərin iştirak etdiyi konsertdə qəflətən ardıcıl ildırım çaxmağa başlayıb. Ətrafdaakı eletrik naqillərinə ziyan verən ildirım hər kəsi qorxudub. Ehtimal olunan təhlükədən qaçmaq üçün insanlar təxliyyə edilərək yaxınlıqdakı Minnesota Universitetinin düşərgələrinə göndərilib. İldırım dayandıqdan sonra elan verilib və insanlar öz yerlərinə qayıdıb. Ondan sonra Beyons konsertinə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00