Bu dəfə üzünü belə gizlətdi
26 May 2016 19:00 DünyaBu günə qədər şlyapa, çətir, çanta kimi müxtəlif əşyalarla obyektivlərdən üzünü gizlədən Cennifer Lourens Nyu-York küçələrində görüntülənib. Xarici mətbuat xəbər verir ki, fotolarının çəkildiyini görən aktrisa üzünü pencəyi ilə gizlətməyə çalışıb. "Oskar" mükafatçısının bu davranışı yenə onu gündəmin mövzusuna çevirib.
Qeyd edək ki, aktrisa bundan öncə Londona viza işi ilə bağlı problem olduğu üçün beş saat nəzarətdə saxlanıldığı xəbəri ilə gündəmə gəlmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00