PKK-çılar kürd paraşütçüyə 3 güllə vurdular VIDEO

PKK terrorçuları İraqın şimalında təlim uçuşu keçirən iki paraşütçüyə atəş açıb. Axar.az bildirir ki, hadisə mayın 20-də baş verib. Hadisə nəticəsində kürd əsilli xristian təlimçi Visam Nona ağır yaralanıb. Digər paraşütçü Ömər Karaloş verdiyi açıqlamada terrorçuların açdığı atəş nəticəsində yerə enməyə məcbur olduğunu deyib: "Nona yerə endikdən sonra PKK terrorçulardan biri onun yanına gələrək kimliyini soruşdu və ərazinin hərbi bölgə olduğunu dedi. Bundan sonra terrorçu Nonaya 3 atəş açdı. O, yarım saat yerdə qaldı".

Videonu izləmək üçün şəklə klikləyin:

PKK-çılar kürd paraşütçüyə 3 güllə vurdu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00