Ermənistan əhalisinin dilənçiliyinin STATİSTİKASI

Ermənistanda hər üç nəfərdən biri aclıq, səfalət içində yaşayır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Artem Asatryan Parlamentdə 2015-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.    

Onun sözlərinə görə, əhalinin 30 faizi ağır şərait də yaşayır.

Nazir Ermənistanda işsizlik probleminin artdığını dilə gətirib: "Vətəndaşların məşğulluq səviyyəsi nazirliyin diqqət mərkəzindədir.   Hazırda  Ermənistanda 89 min insan iş axtaran kimi qeydiyyatdadır.  2014-cü illə müqayisədə bu rəqəm 20 faiz artıqdır.  2015-ci ilin rəqəmlərinə nəzərə salsaq görərik ki, Ermənistanın regional işsizlik mərkəzlərində 76.4 min insan qeydiyyatdadır ki, bu da 16.4 faiz artım deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00