Merkel Rusiya qarşı sanksiyaların müddətinin uzadılacağını bildirib
26 May 2016 17:59 DünyaAlmaniyanın federal kansleri Angela Merkel Rusiya qarşı sanksiyaların ləğvinin əleyhinə çıxış edib. APA-nın "1prime.ru" saytına istinadən verdiyi məlumata görə, A. Merkel Yaponiyada keçirilən G7 sammitində çıxışı zamanı Rusiya üzərindən sanksiyaların götürülməsi barədə müzakirələrə başlamağın hələ tez olduğunu bildirib.
Xatırladaq ki, "RİA Novosti" Brüsseldəki mənbəyə istinadən sanksiyaların ilin sonuna kimi yumşaldılacağı barədə xəbər yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00