Terrorçular məktəbi yandırdılar
26 May 2016 17:51 DünyaMaskalı terrorçular Türkiyənin Diyarbəkir şəhərində yerləşən məktəbi yandırdılar. Atv.az bildirir ki, Bağlar əyalətində yerləşən Mevlana Halit Məktəbinə daxil olan bir qrup maskalı terrorçu binanı yandırıb. Ətrafdakı vətəndaşların və məktəb mühafizəçisinin müdaxiləsi nəticəsində avlovlar böyümədən qarşısı alınıb. Hadisə nəticəsində ölən və yaralananların olmadığı deyilir.
Qeyd edək ki, terrorçuların yaxalanması üçün axtarış işləri başladılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00