Paytaxtda may ayında 45 yeniyetmə intihara cəhd edib
26 May 2016 17:49 DünyaMay ayının əvvəlindən indiyədək hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva ərazisində 45 yeniyetmənin intihara cəhdi ilə bağlı fakt qeydə alıbar. Modern.az Rusiya mediasına istinadən bildirir ki, gənclərin çoxu özlərini həyatdan məhrum etməyə cəhd etsələr də, sağ qalıblar, hətta sağlamlıqlarına ciddi ziyan vurmayıblar. Bu müddətdə 4 yeniyetmə faciəli "intihar dəbi"nin qurbanı oilub. Yetkinlik yaşına çatmayanlar arasında intihara cəhd daha çox mayın 5-i, 12-si, 14-ü və 25-də qeydə alınıb. "Moskvada mayın 5-də 5 uşağın özqnəqəsdə cəhdi qeydə alınıb: həmin gün bir uşaq ölüb. Mayın 12-də 3 uşaq intihara cəhd edib, bunun ikisi Moskvanın şərqində baş verib. Qonşuluqda yaşayan 12 yaşlı qızlar evdə çox sayda dərman həbi qəbul etsələr də, həkimlər onlarınhəyatlarını xilas edə biliblər. Onlardan birinin intihar qrupunda olduğu bildirilir", - mənbə deyib. Mayın 14-də 5 yeniyetmə həyatına son qoymaq istəsə də, həkimlər yenə onları xilas edə biliblər. həmin gün intihara cəhd edənlərdən ikisi 12 yaşlı qız olub. Məşum gün mayın 24-dür. Həmin gün iki intihar baş verib, hər iki halda yeniyetmələr ölüblər. İntihara cəhd edən 45 nəfərdən 33-nün qız olduğu bildirilir.