8 PKK-çı məhv edildi, 42-si təslim oldu
26 May 2016 17:47 DünyaBu saatlarda Türkiyədə növbəti terror əməliyyatı baş tutub. Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, antiterror əməliyyatı nəticəsində ölkənin Yüksekova Sivritəpə bölgəsində mağaraya sığınmış PKK terrorçuları ələ keçirilib. Silahlı Qüvvələrin Baş Qərargahının yaydığı məlumata görə, Hakkaridə baş tutsan əməliyyatda 8 PKK terrorçusu məhv edilib. Təhlükəsizlik qüvvələri PKK terrorçularına məxsus 1 minaatan, 7 kalaşnikov avtomatı və simsiz rabitə aparatları ələ keçiriblər. Xüsusi təyinatlıların apardığı əməliyyat nəticəsində Mardinin Nusaybin bölgəsində isə 42 terrorçu təslim olub. Təslim olan PKK terrorçularından 10-u qadındır. Hazırda terrorçulardan ələ keçirilən sığınacaqlar xüsusi təyinatlıların tam nəzarətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00