“Apple” avtomobillər üçün “ağıllı” açar patentləşdirib
26 May 2016 20:00 Dünya"Apple" korporasiyası avtomobil sahiblərinin dostları və qohumları üçün müvəqqəti açarlar yaradılması məqsədilə xüsusi metod işləyib, hazırlayıb. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumatına görə, korporasiya artıq "ağıllı" açarı patentləşdirib.
Açar maşına tam nəzarət etməyə imkan verir. Onun vasitəsilə bütün qapıları açmaq, mühərriki işə salmaq, təhlükəsizlik sistemini qoşmaq və s. mümkün olacaq. Bu məqsədlər üçün əlavə cihazların qoşulması da mümkündür. Belə ki, bu patent kənar smartfonla avtomobilin idarə edilməsi üzrə müəyyən müddət bir və ya bir neçə funksiyanı yerinə yetirməyə imkan verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00