“Samsung” “ağıllı” şəhər üçün ilk şəbəkəsini yaratmağı planlaşdırır
26 May 2016 19:57 DünyaCənubi Koreyanın "Samsung" korporasiyası "ağıllı" şəhər üçün dünyada ilk şəbəkəsini yaratmağı planlaşdırır. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumatına görə, bu barədə korporasiyanın mətbuat xidmətinin nümayəndələri bildiriblər. Onlar deyiblər ki, "ağıllı" şəhər şəbəkəsinin mərkəzində smartfondan sonra ən iri trend olan "əşyaların interneti" və ya İoT konsepsiyası dayanır. Layihə çərçivəsində birgə rabitə çipləri vasitəsilə cihazlar arasındakı əlaqənin yaradılması nəzərdə tutulur.
Planlaşdırılır ki, yeni "ağıllı" şəhər üçün birgə şəbəkə bu ilin ortalarında Cənubi Koreyanın Tequ qəsəbəsində fəaliyyətə başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00