Türk ordusunun 3 yeni silahı VIDEO
26 May 2016 18:28 DünyaTürkiyə Silahlı Qüvvələrinin modernizasiyası davam edir. Ölkə.az bildirir ki, Türkiyənin hərbi sənaye kompleksinin ən mühüm istehsalat birliklərindən olan Makina və Kimya Sənayesi zavodu dünyada analoqlarının hamısını geridə qoyan yeni silahları təqdim edib. Türk ordusunun inventarına daxil edilən 5,56x45 kalibrli MPT-55 avtomatik silahı, bunun qısa "karabin" varinatı və KNT-76 snayper tüfəngi bütün sınaqlardan yüksək səviyyədə çıxıb. Zavodun müdiri Səlim İyilişin sözlərinə görə, artıq gələn ilin əvvəlindən Türkiyə Müdafiə Nazirliyinin sifarişlərinin yerinə yetirilməsinə başlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00

