“Möhtəşəm 100 il: Kösəm” tamaşaçıları ağladacaq – Bu axşam

"Möhtəşəm 100 il: Kösəm" serialının bu axşamkı bölümündə olduqca təsirli səhnələr var. Türkiyə mətbuatı xəbər verir ki, Kösəm Sultan uşaqlığından bəri öz övladı kimi sevdiyi şahzadə Osmanı doğma oğlu Mehmedin yerinə taxta çıxarır. Bunun üçün həyatını belə təhlükəyə atan Kösem Sultan verdiyi bu qərara görə övlad acısı yaşayır. Safiyə Sultanın intriqalarına aldanan Osman şübhələrindən heç cür xilas ola bilmir. Gənc Osman Şeyxülislamdan ala bilmədiyi fətvanı başqasından alır və Kösəm Sultanın taxt-taca namizəd olan oğlu Şahzadə Mehmedi edam etdirir. Kösəm Sultan oğlunu xilas etmək istəyəndə qarşılaşdığı mənzərədən sarsılır. O, oğlunun cansız bədənini görəndə göz yaşlarına hakim ola bilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00