“Viber” auditoriyasını iki dəfə artırıb
26 May 2016 19:40 Dünya"Viber" messencerinin qlobal auditoriyası bir il ərzində 50,8 faiz artıb. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən verdiyi məlumata görə, may ayında bu rəqəm 754 milyon nəfər təşkil edib. "Viber" şirkətinin Rusiyadakı mətbuat xidmətindən bildiriblər ki, ötən ilin aprel ayında bu göstərici 500 milyon istifadəçi olub. Messencerin Rusiya auditoriyası iki dəfə artıb və hazırda 60 milyon nəfər təşkil edir. Şirkətdən qeyd ediblər ki, Rusiya ən yaxşı göstəricilərdən birini nümayiş etdirir. "Viber"in köməyi ilə mətn, səsli və video məlumatların mübadiləsi aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00