Sarkisyana rus polisi kömək edəcək
25 May 2016 18:07 DünyaKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrin polis qüvvələri mayın 24-dən 26-dən Ermənistanda "Kobalt-2016" adı altında operativ təlimlər keçirir. Publika.az bildirir ki, təlimdə Qazaxıstan, Qırğızıstan, Rusiya, və Ermənistan polis qüvvələri iştirak edirlər. Ermənistan parlamentinin deputatı Tevan Poqosyan hesab edir ki, bu təlimlər narahatlığa səbəb olur: "Belə görünür ki, bundan sonra Ermənistanda kütləvi etirazları erməni polisi yox, KTMT qüvvələri yatıracaq. KTMT-yə bu hüquq verilir. Bu, birbaşa Ermənistanın daxili işlərinə qarışmaqdır". KTMT-nin baş katibi Nikolay Bordyuja da bu haqda danışarkən bildirib ki, əgər təşkilata üzv ölkədə kütləvi iğtişaşları milli qüvvələr yatıra bilməsə, o zaman, təşkilat qüvvələrinin müdaxilə etmək hüququ var".