Bu uşağın 8 yaşı var - Artıq qocalıb VIDEO

Kənardan baxanda yaşlı adama bənzəyir. Lakin 8 yaşı var. Türkiyənin Batman şəhərində yaşayan Məhmət Adəm Abdulməcidin bu cür görünməsinə səbəb onun nadir "erkən yaşlanma xəstəliyi"ndən əziyyət çəkməsidir. Xəstəlik səbəbilə Məhmətin bütün həyatı demək olar ki, alt-üst olub. Xarici görünüşünə görə dostları tərəfindən məsxərəyə qoyulan balaca onlarla oyun oynamaqdan belə çəkinir. Elə buna görə də, bütün gününü tək başına keçirir. Yalnız xarici görünüşündə deyil, Məhmətin orqanizmində də sürətlə qocalma gedir. Ən böyük problemi isə nəfəs darlığıdır. Övladının gün keçdikcə qocaldığını görən ana aiddiyyatı qurumlardan onlara yardım əli uzatmalarını, həkimlərdən oğlunun dərdinə dərman tapmalarını xahiş edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00